EN

Yığmalarımız Yunanıstan və İrlandiyaya uduzdu - YENİLƏNDİ

Azərbaycanın aşağı yaş qrupları üzrə iki yığması Avropa çempionatının seçmə mərhələsində növbəti oyunlarını keçirib.

Sportnet.az xəbər verir ki, U-17 millisi 6-cı qrupdakı ikinci sınağında Yunanıstanla üz-üzə gəlib. Rumıniyadakı “Tunari” stadionunda təşkil olunacaq qarşılaşma rəqibin qələbəsi ilə başa çatıb – 0:3. Komandamız qrupdakı ilk matçında Macarıstana 0:4 hesabı ilə uduzmuşdu.

Azərbaycanın U-19 millisi isə İrlandiya yığması ilə qarşılaşıb. Moldovanın paytaxtı Kişineuda yerləşən “Zimbru-2” stadionunda keçirilən görüşdə rəqib 4 cavabsız qolla qalib gəlib. Yığmamız ilk oyunda İslandiyaya məğlub olmuşdu – 0:2.

Qeyd edək ki, U-17 qrupda son oyununu Rumıniyaya, U-19 isə Moldovaya qarşı keçirəcək. Hər iki görüş noyabrın 19-da olacaq.

------------------------------------------------

Azərbaycanın aşağı yaş qrupları üzrə iki yığması bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyunlarını keçirəcək.

Sportnet.az xəbər verir ki, U-17 millisi 6-cı qrupdakı ikinci sınağında Yunanıstanla üz-üzə gələcək. Rumıniyadakı “Tunari” stadionunda təşkil olunacaq qarşılaşmanı moldovalı baş hakim Yon Orlik idarə edəcək. Komandamız qrupdakı ilk matçında Macarıstana 0:4 hesabı ilə uduzub.

Azərbaycanın U-19 millisi isə İrlandiya yığması ilə qarşılaşacaq. Moldovanın paytaxtı Kişineuda yerləşən “Zimbru-2” stadionunda keçiriləcək görüşün baş hakimi serbiyalı Miloş Milanoviç olacaq. Yığmamız ilk oyunda İslandiyaya məğlub olub – 0:2.

Qeyd edək ki, hər iki qarşılaşma Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.


Chosen
38
1
sportnet.az

10Sources