EN

Kombilərə son, yeni tikililərə də mərkəzi istilik veriləcək - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, artıq dünəndən etibarən mənzillərə istilik sistemi verilib. İstər çoxmənzilli binalarda, istərsə də fərdi evlərdə istilik mənbələrinin seçimi vacibdir. Hazırda ölkəmizdə mənzillər və evlər müxtəlif üsullarla isidilir. Paytaxt Bakı və digər iri şəhərlərdə çoxmənzilli yaşayış binalarının əksəriyyəti mərkəzi istilik sistemi ilə təmin edilir. Bununla yanaşı, kombi istilik sistemlərinə də böyük maraq var. Bir çox vətəndaş, xüsusən fərdi evlərində və çoxmərtəbəli binaların mənzillərində istilik sistemlərinin rahatlığı və sərfəliliyi səbəbindən kombi qurulmasına üstünlük verirlər. Lakin, hansı istilik sisteminin daha etibarlı və iqtisadi cəhətdən sərfəli olduğu barədə mübahisələr hələ də davam edir.

Kombi ya mərkəzi istilik sistemi hansı daha sərfəlidir?

QAZILER.AZ  Milli.Az-a istinaden bildirir ki, mövzu ile bağlı əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev danışıb.

O bildirib ki, kombi cihazlarının ekologiyaya və vətəndaşların maddi vəziyyətinə vurduğu zərər, xüsusilə geniş sahəli mənzillərdə daha çox nəzərə çarpır. Məsələn, belə mənzillərdə aylıq istilik ödənişləri 50 manatdan 150 manata qədər dəyişə bilir. 

"Bu, həm ekoloji, həm də iqtisadi baxımdan problem yaradır. Çünki çoxmənzilli yaşayış binaları fərdi şirkətlər tərəfindən inşa edildiyindən gələcəkdə hər bir binada mərkəzi istilik sisteminin qurulması üçün avtomobil yollarının qazılması və digər infrastrukturların yenidən sıradan çıxması tələb oluna bilər. Bununla yanaşı, Bakı şəhərinin baş planı artıq 2040-cı ilə qədər hazır olunmuş formada olacaq. Şəhər yeni bir quruluş alacaq. Bu plana əsasən, gələcəkdə bütün binaların mərkəzi istilik sistemləri ilə təmin olunması nəzərdə tutulur. Beləliklə, yaxın gələcəkdə yeni tikilən binalar bu xətlə uyğun inşa edilərsə, vətəndaşlar öz mənzillərində istifadə etdikləri kombi sistemlərindən imtina edə bilərlər". 

Ekspert qeyd edib ki, bütün bunlar ekologiyanın qorunmasına kömək edəcək və vətəndaşların maliyyə yükünü azaldacaq. Mərkəzi istilik sistemlərinin genişlənməsi həm enerji sərfiyyatını daha səmərəli hala gətirəcək, həm də ətraf mühitə vurulan təsiri minimuma endirəcək.

 

 

Chosen
35
2
qaziler.az

3Sources