EN

Bakıda iqlim böhranı ilə mübarizədə rəqəmsal texnologiyaların rolu müzakirə olunub

Bakıda COP29 çərçivəsində ilk dəfə rəqəmsal texnologiya və süni intellektin iqlim dəyişikliyi ilə mübarizədə əhəmiyyətli rolunu vurğulamaq üçün Rəqəmsallaşma Günü təşkil edilib.

Xezerxeber.az xəbər verir ki, günün əsas hadisəsi 90-dan çox hökumət və rəqəmsal texnologiya cəmiyyətinin 1 000 nümayəndəsinin dəstəklədiyi Yaşıl Rəqəmsal Fəaliyyət üzrə Bəyannamənin imzalanması olub.

Yeni plan iqlim böhranı ilə mübarizədə rəqəmsal texnologiyaların geniş istifadəsini nəzərdə tutur. Bu da infrastrukturun dayanıqlılığını artırmağa və karbon izini azaltmağa imkan verəcək.

Rəqəmsallaşma Gününə həsr olunmuş mətbuat konfransında çıxış edən rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Azərbaycanın bu sahədə nailiyyətlərini bölüşüb.

Onun sözlərinə görə, əsas layihələrdən biri Bakının "rəqəmsal əkizi"nin yaradılması olub. R.Nəbiyev bildirib ki, bu layihə paytaxtda emissiyaların azaldılması və havanın keyfiyyətinin yaxşılaşdırılması üçün nəqliyyat sistemləri və mobil cihazlardan alınan məlumatlardan istifadə edir.

Mətbuat konfransında, həmçinin COP29-un baş danışıqçısının müavini Samir Becanov, Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Baş katibinin müavini Tomas Lamanauskas və digər rəsmi şəxslər çıxış ediblər.

Chosen
70
1
xezerxeber.az

2Sources