EN

Məşhur şirkət 1000 işçisini ixtisar edəcək

ABŞ-nin məşhur avtomobil istehsalçısı “General Motors” min işçini ixtisar edir.

"Cebheinfo.az" xəbər verir ki, ABŞ-nin avtomobil istehsalçısı “General Motors” (GM), yeni avtomobillərə olan zəif tələb səbəbindən ən kritik investisiyaları prioritetləşdirmək strategiyasının bir hissəsi olaraq bu il ikinci dəfə işdən çıxarmağa başlayır. 

Bu çərçivədə şirkət ilk olaraq avqust ayında min proqram mütəxəssisini işdən çıxardıqdan sonra xərcləri azaltmaq məqsədi ilə ABŞ-də istehsal sahəsində çalışan daha min nəfəri işdən çıxaracağını açıqlayıb.

Mövzu ilə bağlı şirkət tərəfindən edilən şərhdə, “Bu rəqabətli bazarda qazanmaq üçün sürəti və mükəmməlliyi optimallaşdırmalıyıq. Bura səmərəli işləmək, düzgün komanda strukturuna sahib olmaq və biznes olaraq ən vacib prioritetlərimizə diqqət yetirmək daxildir." bildirilib. 

Avqust ayında baş verən ilk ixtisarlar, xüsusilə GM-in proqram infrastrukturunda olan problemlər və texniki nasazlıqlardan sonra gündəmə gəldi.

Şirkət 2023-cü ilin sonunda proqram problemləri ilə əlaqədar “Blazer EV” modelinin satışını müvəqqəti dayandırıb.

Bu vəziyyət GM-nin proqram təminatının inkişaf etdirilməsi proseslərində təkmilləşdirmələrə ehtiyacı olduğunu ortaya qoydu.

İşdən çıxarılmaların ilk dalğası Miçiqandakı GM zavodlarına böyük təsir göstərib.

Chosen
31
cebheinfo.az

1Sources