Neftin qiyməti qlobal bazarlarda baş verən proseslərə görə kəskin ucuzlaşmaya məruz qalıb.
Kəskin ucuzlaşmadan sonra Türkiyədə qiymətlərin daxili bazarlara da təsir edəcəyi gözlənilir.
Geosiyasi risklər və Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) qərarları yaxından təqib olunarkən, neftin barel qiyməti 71 dollar olaraq həftəni başa vurub.
Türk sənaye nümayəndələrindən alınan məlumata görə, bazar ertəsi gecə yarısından etibarən İstanbulda benzinin qiyməti 42,28 lirə (2,09 manat) olacaq.