EN

Endər Poladxanlının durumuna aydınlıq gəlib

“Sabah”ın basketbolçusu Endər Poladxanlının durumuna aydınlıq gəlib.

Bu barədə İdman.biz-ə onun özü məlumat verib.

Azərbaycan millisinin də şərəfini qoruyan 25 yaşlı oyunçu bildirib ki, hazırda özünü yaxşı hiss edir: “Səhhətimlə bağlı vəziyyət yaxşıdır. Bərpa prosesi yaxşı gedir. Artıq fərdi məşqlər edirəm. Bir həftədən sonra komanda məşqlərinə qatıla biləcəm”.

Qeyd edək ki, Poladxanlı FIBA Çempionlar Liqasının təsnifat mərhələsində “Nörçöppinq”lə (İsveç) matçda zədələnmişdi.

Banuçiçək Hüseynli
İdman.biz

Chosen
27
idman.biz

1Sources