Moskvanın Şeremetyevo hava limanında İstanbuldan gələn Azərbaycan vətəndaşının üzərindən gömrük bəyanı edilməmiş 2,6 milyon rubl (44 min manatdan çox) dəyərində qızıl-zinət əşyaları aşkar edilib. Manset.az APA-ya istinadən xəbər verir ki, bu barədə Şeremetyevo aeroportunun gömrük xidməti məlumat yayıb. Bildirilib ki, gömrük orqanı yükün kommersiya məqsədli olduğunu tanıyıb və qızıl-zinət əşyaları müsadirə edilib. Strateji əhəmiyyətli malların qaçaqmalçılığı ilə bağlı cinayət işi açılıb. Azərbaycan vətəndaşının günahı sübuta yetiriləcəyi təqdirdə, 5 ilə qədər azadlıqdan məhrum etmə və ya 1 milyon rubla qədər cərimə gözləyir.