EN

Mənə deyirlər ki, indi də velosipedin arxasına düşüb - Paşinyan

Ermənistan Baş naziri Nikol Paşinyan sosial şəbəkədəki səhifəsində velosiped sürməsini ələ salan müxalifətə cavab verib.

Teleqraf.com xəbər verir ki, baş nazir müxalifəti tənbəllikdə ittiham edib.

“Mənə deyirlər ki, indi də velosipedin arxasına düşmüsən, niyə velosiped sürürsən? Biz ona görə velosiped sürürük ki, siz də sürəsiniz.

Yeri gəlmişkən, deyirlər ki, baş nazir təhlükəsizlik məsələlərini düşünmək əvəzinə velosiped sürür. Mən sizin evlərinizin pəncərələrinin altında velosiped sürürəm. O saatlarda mən velosiped sürəndə siz yatırsınız, dərin yuxuda olursunuz, üstəlik, baxıram, bir dənə olsun, yanan işıq görmürəm.

Velosiped sürməyi bitirəndə də siz hələ də dərin yuxuda olursunuz. Mən işə gedəndə siz yatırsınız”, - Paşinyan bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu
Chosen
44
teleqraf.com

1Sources