EN

Polis polkovnikini küçədə döydülər

Rusiyanın Moskva vilayətində yüksək rütbəli polis zabiti xuliqanlar tərəfindən döyülüb, sürücüsü də yaralanıb.

 

Hadisə saat 19 radələrində Orexovo-Zuyevo şəhərində baş verib. Zərərçəkmiş şəxs Daxili İşlər Nazirliyinin Daxili Təhlükəsizlik Baş İdarəsinin mərkəzi aparatda korrupsiyaya qarşı mübarizəyə cavabdeh olan bölmələrindən birinin rəisidir. O, məşhur polis sülaləsinin nümayəndəsidir, atası və babası Orexovo-Zuevoda hüquq-mühafizə orqanlarında işləyiblər.

 

Axşam saatlarında polkovnik xidməti avtomobili ilə evə gəlib və təxribatçı davranışlar göstərən bir qrup asiyalı kişini görüb. Zabit onlara irad bildirsə də, onlar ona və sürücüsünə hücum ediblər. Hər ikisi ağır döyülüb və yaralanıb.

 

Faktla bağlı cinayət işi başlanıb. Cinayətkarların tutulması istiqamətində tədbirlər görülür./Lent.az

Tarix: 16 Noyabr 2024, 18:14   
Chosen
33
33
pravda.az

10Sources