EN

Uşaq böyüdərkən etməməli olduğunuz 3 səhv

Heç bir valideyn qüsursuz tərbiyə sistemi ilə öyünə bilməz: çatışmazlıqlar hər kəsdə ola bilər. Ancaq bəzi səhvləri kritik hrsab edərkən, bəzilərinə isə qətiyyətlə yol vermək olmaz. Bəs yaxşı valideyn nə etməməlidir?

Medianews.az Lent.az-a istinadən təqdim edir:

Uşağı qorxutmaq

 

Uşaqlarınıza bəzi yerlərdə qorxunc canlıların yaşadığını söyləməməlisiniz.
Bu, ilk növbədə, irrasional fobiyaların yaranmasına kömək edir. İkinci səbəb isə uşaqların ümumi narahatlıq səviyyəsinin yüksəlməsidir.

Fiziki cəzadan istifadə etmək

Hələ də fiziki cəzada pis bir şey görməyən valideynlər var. Amma uşaqları vurmaq olmaz. Bu, uşağın şəxsiyyətinə təsir edə biləcək psixoloji travmaya səbəb olur.
Ona görə də fiziki cəzadan mütləq imtina edilməlidir.

Yalan

Zaman keçdikcə böyüklər aldatmağa öyrəşirlər və hətta bunda qeyri-adi bir şey görmürlər. Uşaqlara yalan danışmamaq öyrədilir, amma sevdiklərinin yalanları ilə qarşılaşanda bütün dünyaları dağılır.

Chosen
29
medianews.az

1Sources