EN

Azarkeşlər meksikalı məşqçinin başını yarıblar - VİDEO

CONCACAF Millətlər Liqasının 1/4 final mərhələsində keçirilən Honduras - Meksika matçında qonaqların baş məşqçisi Xavyer Aqirre xoşagəlməz olay yaşayıb.

İdman.biz xəbər verir ki, oyunun final fitindən sonra azarkeşlərin atdığı su butulkası təcrübəli mütəxəssisin başına tuş gəlib.

Aqirre baş nahiyəsindən ciddi xəsarət alıb. 65 yaşlı mütəxəssisin baş verənləri sakit qarşılaması digər diqqətçəkən məqam olub.

Qeyd edək ki, oyun Honduras yığmasının 2:0 hesablı qələbəsi ilə başa çatıb. Komandalar arasında cavab matçın noyabrın 20-də keçiriləcək.

İdman.biz

Chosen
82
idman.biz

1Sources