EN

Federal Ticarət Komissiyasından "Microsoft"a qarşı böyük araşdırma

Federal Ticarət Komissiyası, "Microsoft"un bulud bazarındakı dominant mövqeyini qorumaq üçün rəqabətə zidd taktikalar tətbiq edib-etmədiyini araşdıracaq. 

Valyuta.az "Bloomberg"ə istinadən xəbər verir ki, FTC "Microsoft"un müştərilərin məlumatlarını platformalarından çıxarmasının qarşısını almaq məqsədilə cəza xarakterli lisenziya razılaşmaları tətbiq etdiyi barədə iddiaları araşdırır. Bundan əlavə, araşdırma "Microsoft"un ayrılmaq istəyən müştərilərin abunəlik ödənişlərini artırdığı, məhsullarını rəqibləri ilə uyğun olmayan hala gətirdiyi və yüksək çıxış haqları tələb etdiyi ilə bağlı iddiaları da əhatə edir.  

Ötən il Federal Ticarət Komissiyası iri bulud xidmət təminatçılarının iş praktikaları ilə bağlı ictimaiyyətin rəyini öyrənmişdi. Şərh verənlərin əksəriyyəti məhdudlaşdırıcı proqram təminatı lisenziyalarının, minimum xərcləmə müqavilələrinin və yüksək məlumat ötürmə haqlarının rəqabətə zidd olduğunu vurğulamışdı.  

Federal Ticarət Komissiyasının araşdırmasının hansı mərhələyə qədər davam edəcəyi məlum deyil. Komissiya sədri Lina Xanının səlahiyyət müddəti Donald Trampın prezidentlik dövrünün başlaması ilə sona çata bilər və Trampın ümumiyyətlə tənzimləmələrin azaldılmasını dəstəklədiyi düşünülür.  

Rəhim

Chosen
51
valyuta.az

1Sources