EN

Sahibə Qafarova Tacikistan Ali Məclisinin Nümayəndələr Palatasının sədri ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova noyabrın 16-da COP29 çərçivəsində Bakıda Azərbaycan parlamenti və Parlamentlərarası İttifaqın birgə təşkilatçılığı ilə keçirilən Parlament Görüşündə iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Tacikistan Respublikası Ali Məclisinin Nümayəndələr Palatasının sədri Mahmadtoir Zokirzodanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Qonağı salamlayan spiker Sahibə Qafarova ölkəmizin evsahibliyi ilə keçirilən bu mühüm tədbirdə iştirakına görə qonağa təşəkkürünü bildirib.
Görüşdə iqlim dəyişikliyi ilə əlaqədar dünyanın üzləşdiyi problemlərin həlli üçün qlobal əməkdaşlığın əhəmiyyəti qeyd edilərək, Azərbaycan və Tacikistan tərəfindən bu istiqamətdə həyata keçirilən tədbirlərlə bağlı fikir mübadiləsi aparılıb, bu istiqamətdə parlamentlərin mühüm rolu qeyd edilib.
Mahmadtoir Zokirzoda COP29-un yüksək səviyyəli təşkilinə görə təbriklərini çatdırıb, COP29-un və Parlament Görüşünün əhəmiyyətini qeyd edib.
Söhbət zamanı ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin dinamik inkişaf etdiyi vurğulanıb. Spiker Sahibə Qafarova dövlət başçılarının qarşılıqlı səfərlərinin, keçirilən  görüşlərin ölkələrimiz və xalqlarımız arasında münasibətlərin dərinləşməsində mühüm rol oynadığını bildirib. 
Görüşdə dövlətlərarası münasibətlərin möhkəmləndirilməsində  parlamentlərarası əlaqələrin mühüm əhəmiyyəti də diqqətə çatdırılıb. Milli Məclisin sədri Sahibə Qafarova özünün Tacikistana, qarşı tərəfin isə ölkəmizə səfərlərini məmnunluqla xatırlayaraq, bildirib ki, bu səfərlər münasibətlərimizin yüksək səviyyəsinin, qarşılıqlı dəstəyin göstəricisidir. 
Söhbət zamanı hər iki ölkənin qanunvericilik orqanında fəaliyyət göstərən dostluq qrupları çərçivəsində əməkdaşlığın, deputatların qarşılıqlı səfərlərinin münasibətlərin dinamikasına müsbət təsirləri qeyd edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
56
11
olaylar.az

10Sources