EN

Ukrayna Şolzun Putinə telefon zəngini tənqid etdi

Ukrayna Olaf Şolzun Vladimir Putinlə “telefon diplomatiyasını” tənqid etdi. Kiyevin bir çox müttəfiqləri də Almaniya kansleri ilə Rusiya prezidenti arasında söhbətə şübhə ilə yanaşdılar.

KONKRET.az xəbər verir ki, bu barədə inosmi.ru saytı yazıb.

Mənbə qeyd edib ki, Şolz cümə günü bir saatlıq telefon zəngi ilə Kreml liderini Ukrayna ilə münaqişəyə son qoymaq üçün danışıqlara başlamağa çağırıb.

Ukrayna prezidenti Volodimir Zelenski cümə günü xalqa müraciətində telefon zəngi ilə bağlı “Putinin çoxdan istədiyi də məhz budur” sözlərini deyib. Qeyd edək ki, iki ölkə liderinin dialoqu Ukrayna üçün həlledici məqamda baş tutub. Rusiyanın hücumu fonunda ölkənin enerji infrastrukturunun çox hissəsi zədələnib.

Zelenski cümə günü Ukrayna mediasına müsahibəsində bildirib ki, Trampın seçilməsi “münaqişənin daha tez bitəcəyi” anlamına gələcək.

Yeri gəlmişkən, Şolzun yeni cəhdləri Trampın münaqişəni mümkün qədər tez bitirmək barədə dəfələrlə verdiyi vədlərə uyğun gəlir. Beləliklə, seçilmiş prezident gələn ilin yanvarın 20-də andiçmə mərasiminə qədər döyüşləri dayandıra biləcəyini iddia edir.

Berlində isə adının açıqlanmasını istəməyən rəsmilər bildiriblər ki, Şolz Moskvanın mülki infrastruktura hava hücumlarını pisləyib və Şimali Koreya qoşunlarının yerləşdirilməsini iki il yarımdan çox davam edən münaqişədə böyük eskalasiya adlandırıb.

Fransa prezidenti Emmanuel Makrona yaxın bir rəsmi bildirib ki, Şolz ABŞ, Britaniya və Fransa liderləri ilə bu telefon zəngini öncədən müzakirə edib. Makronun isə münaqişənin ilk aylarında Kremllə əlaqə saxlamaq cəhdləri uğursuz olub və bu, nəticədə Kiyevi də qəzəbləndirib.

Avropalı məmurlardan biri Şolzun bu addımını lağa qoyub. O, kanslerə tövsiyə edib ki, ilk növbədə daxili problemlərlə məşğul olmalıdır.

KONKRET.az

Chosen
26
konkret.az

1Sources