İstanbul Hava Limanı 4-10 noyabr tarixləri arasında gündə orta hesabla 1359 uçuşla Avropanın ən işlək hava limanı oldu.
Bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bildirib.
Avropa Hava Naviqasiyasının Təhlükəsizliyi Təşkilatının (Eurocontrol) 4-10 noyabr tarixləri üçün Avropa Aviasiya Hesabatı dərc olunub.
Hesabata görə, İstanbul Hava Limanı bu müddət ərzində gündə orta hesabla 1359 uçuşla Avropanın ən işlək hava limanları arasında birinci olub.
Uraloğlu bildirib ki, hesabata görə, İstanbul Hava Limanı gündə orta hesabla 1359 uçuşla Avropanın ən işlək hava limanıdır.
"İstanbul Hava Limanımız London, Amsterdam və Paris kimi Avropa paytaxtlarının hava limanlarını geridə qoyaraq, zirvədəki yerini qorudu. Dünyadakı 25 qlobal hava limanı arasında gündəlik orta hesabla 686 uçuşla İstanbul Hava Limanı 9-cu pillədə qərarlaşıb'',-deyə Abdulkadir Uraloğlu vurğulayıb.