EN

ÜST: "Dünyada qızılcaya yoluxma halları  20% artıb"

ÜST: ÜST: "Dünyada qızılcaya yoluxma halları

Qızılcaya yoluxma halları dünya üzrə 20% artıb.

E-saglam.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatında deyilir.

Məlumata görə, ötən il 10,3 milyon insan qızılcaya yoluxub. Qlobal miqyasda, keçən il uşaqların təxminən 83%-i qızılca peyvəndinin ilk dozasını aldığı halda, yalnız 74%-i tövsiyə olunan ikinci dozanı alıb. Qeyd edilib ki, keçən il 22 milyondan çox uşaq qızılcaya qarşı peyvəndin ilk dozasını buraxıb.

Bildirilib ki, ötən il beş yaşdan kiçik 107,500 uşaq qızılcadan ölüb ki, bu da əvvəlki illə müqayisədə 8% azdır.

ÜST bildirib ki, qızılca xəstəliyinin iki doza peyvəndlə qarşısı alına bilər.

© İqtisadiyyat.az

E-saglam.az 

Chosen
28
e-saglam.az

1Sources