EN

Azərbaycanın COP29 SİYASƏTİ – “İqtisadi əməkdaşlıq imkanlarımızın genişlənməsi baxımından COP29 əvəzolunmaz platforma oldu”

“COP29-un Azərbaycana verəcəyi siyasi və iqtisadi əhəmiyyət çox böyükdür. 

Belə ki, bu tədbir Azərbaycanın dünya arenasında mövqelərini möhkəmləndiriir, sözümüzün gücünü artırır və dünya ictimaiyyəti ədalətli mövqeyimizin bir
daha şahidi olurlar”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Milli Məclisinin deputatı Azər Badamov deyib.

Onun sözlərinə görə, Azərbaycanda keçirilən COP29 tədbiri uğurla davam edir:

“Ölkəmizə səfərə gələn 80-dən çox dövlət və hökumət başçısı, beynəlxalq maliyyə və sənaye korporasiyaların rəhbərləri ilə dövlət başçımız ikitərəfli görüşlər keçirir və onlarla ikitərəfli münasibətlərin inkişafı ilə bağlı fikir mübadiləsi aparılır. COP 29-un tədbirlərində Azərbaycanın üçrəngli dövlət bayrağının dalğalanması hər bir azərbaycanlıya qürur verir”.

Deputat həm də bu tədbirin iqtisadiyyatımızın möhkəmlənməsinə, o cümlədən qeyri-neft iqtisadiyyatımızın inkişafının sürətlənməsinə töhfə verdiyini bildirib:

“Belə ki, iqtisadi əməkdaşlıq və yeni bazaralara çıxış imkanlarımızın genişlənməsi baxımından COP29 əvəzolunmaz platforma oldu. COP29 ölkəmizin turizm sektorunun inkişafına yeni bir impuls verir. Turizm sektoru ölkənin digər sektorları ilə sıx başlı olduğundan, bu, qeyri-neft iqtisadiyyatımızda yeni bir səhifə açacaq və yeni iş yerlərin yaranmasını sürətləndirəcəkdir”.

Millət vəkili bu tədbirin keçirilməsinin dünya ictimaiyyətinin maraqında olduğunu da söyləyib:

“Çünki COP tədbirlərində dünyanı qlobal təhlükə ilə üzləşdirən iqlim dəyişikliklərə qarşı mübarizə ilə bağlı müxtəlif mövzular müzakirə olunur. Amma çox təəssüf ki, bəzi ölkələr Azərbaycanıə uğurlarını həzm edə bilmədiyindən COP29-un Bakıda keçirilməsinə mane olmağına çalışdılar. Hətta boykot kampaniyası da elan etdilər. Amma onlar üçün çox pis xəbər oldu. Bu, tədbiri yükəsk səviyyədə keçirməyimiz və ölkəmizə dünya liderləri, o cümlədən 80 minə yaxın adamın gəlməsi üçün qeydiyyatdan keçməsi oldu”.

“11 noyabrdan başlayaraq dünyanın mərkəzi Azərbacan olub. Hər gün dövlət və hökumət rəhbərləri Bakıya gəlməkdə davam edir. Tədbirin yüksək səviyyədə davam etməsi COP29-u baykot etmək istəyənlərin istəklərinin iflasa uğraması deməkdir. Bu bir daha qlobal məsələlərdə dünya ictimaiyyətinin həmrəy ola biləcəyini sübut etdi. Azərbaycanın COP-la bağlı qarşısına qoyduğu əsas hədəf dünyada həmrəylik yaratmaq və körpülər qurmaq idi. Tədbirin yüksək səviyyədə gedişatı Azərbaycanın öz hədəflərinə çatdığının göstəricisi hesab edirəm”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Mayıl Soltanov

Chosen
59
50
yenicag.az

10Sources