ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp rəsmi səlahiyyətlərinin icrasına başlamazdan əvvəl xarici liderlər və digər ölkələrin yüksək rütbəli nümayəndələri ilə görüşməyəcək.
Bu barədə Yaponiyanın \"Kyodo” agentliyi məlumat yayıb.
Yaponiya hökumətindəki mənbələrin məlumatına görə, Trampın komandası Yaponiya tərəfinə ABŞ-ın yeni seçilmiş prezidentinin rəsmi andiçmə mərasiminə qədər xarici yüksək səviyyəli nümayəndələrlə şəxsi görüşlər keçirməmək qərarına gəldiyini bildirib.
///report