EN

Azərbaycan Estoniya ilə heç-heçə etdi –UEFA Millətlər Liqası

Bu gün Azərbaycan milli komandası UEFA Millətlər Liqasında növbəti oyununa çıxıb. 

Yyığmamız Qəbələdə Estoniya millisi ilə üz-üzə gəlib. Bu, Azərbaycan millisinin adıçəkilən rayonda keçirəcəyi ilk rəsmi matç kimi tarixə düşüb.

Görüş qolsuz heç-heçə ilə başa çatıb. Beləliklə, millimiz ən zəiflərin yer aldığı D liqasına yuvarlanıb.

Hazırda 5 turdan sonra millimiz qrupda xalsızdır və sonuncu yeri tutur. Estonlar isə 4 xalla üçüncüdürlər.

Qeyd edək ki, millimiz qrupdakı son görüşündə səfərdə İsveçin qonağı olacaq.

UEFA Millətlər Liqası

C liqası, V tur

16 noyabr

18:00. Azərbaycan – Estoniya – 0:0 

Baş hakim: Con Beaton (Şotlandiya)

Qəbələ şəhər stadionu

Chosen
35
5
azpost.info

10Sources