EN

Atası olmadığı uşağa görə aliment ödəmək istəmir – Hüquqşünaslar NƏ DEYİR? VİDEO

Atası olmadığı uşağa görə aliment ödədiyini iddia edir...

"Xəzər Xəbər"ə müraciət edən İslam Piriyev deyir ki, 2012-ci ildə ailə həyatı qurub. İddiasına görə, evləndiyi günün səhərisi həyat yoldaşının səhhətində problem yaranıb və onu xəstəxanaya aparıb. Həkimlər isə ona "təbrik edirik, həyat yoldaşın hamilədir" deyiblər.

10 yaşınadək uşaq evində böyüyən İslam Piriyev deyir ki, həyat yoldaşının qohum-əqrəbasının hədə-qorxusundan ehtiyat edib və 1 il evli qalıb, sonra boşanıb. Üstündən illər keçib, 1 il öncə isə xəbər tutub ki, ona aliment kəsilib.

İslam 10 yaşınadək uşaq evində böyüyüb. Deyir ki, oxuma-yazma bilmir. Elə başına gələnləri də savadsızlığı ilə əlaqələndirir.

İddialarla bağlı qarşı tərəfin də mövqeyini öyrənməyə çalışdıq. Ancaq cəhdlərimiz alınmadı.

Məsələ ilə bağlı hüquqşünas Şamil Paşayev bildirdi ki, bu halda şəxs atalığın müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etməlidir.

Şamil Paşayev bildirdi ki, həmin şəxsin ata olmadığı ekspertiza vasitəsilə müəyyənləşərsə, o zaman indiyədək ödədiyi alimentin aidiyyəti qaydada anadan tutulması ilə bağlı məkhkəməyə müraciət edə bilər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Chosen
42
6
xezerxeber.az

10Sources