EN

Əhalinin xərcləri artıb - Adambaşına ayda 465 manat xərcləyirik

Cari ilin oktyabrın birinə olan məlumata görə, Azərbaycanda əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 465,2 manat olub. 

Valyuta.az rəsmi məlumatlara istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 17,5 manat çoxdur. Ötən ilin eyni dövründə bu rəqəm 447,7 manat idi. 

Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 255,7 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 209,5 manatlıq qeyri-ərzaq malları alıb.

Qeyd edək ki, bu ilin 9 ayında istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 55  faizi ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 13,7 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,7 faizi avtomobil benzini və dizel yanacağının, 5,0 faizi elektrik malları və mebellərin, 2,2 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,2 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,2 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

Əvəz Həsənov

Chosen
48
26
valyuta.az

10Sources