EN

"Haber Global": İlham Əliyevin sözləri Brüsseldə əks-səda verdi!

Bakının ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) yüksəksəviyyəli olması ilə yanaşı, verilən mesajları ilə də diqqət çəkir.

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "Haber Global"ın təqdim etdiyi reportajda bildirilir.

Süjetdə Azərbaycan Prezidenti İlham Əliyevin COP29 sammitində Fransa və Niderlanda göstərdiyi reaksiyanın Brüsseldə əks-səda verdiyi vurğulanıb.

"İlham Əliyev Fransa və Niderlandı dənizaşırı əraziləri çirkləndirməkdə məsul bilib. Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel isə bu iki ölkəni müdafiə edib. Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Aİ-nin ikili standartlarını nümayiş etdirən Borrelə verdiyi qəti cavabla mövqeyini aydın şəkildə ortaya qoyub. O, Aİ üzvü olmağın heç bir ölkəyə müstəmləkəçilik hüququ vermədiyini bildirib".

Ətraflı süjetdə:

Chosen
52
ekologiya.az

1Sources