EN

"New Yorker" geyim mağazalar şəbəkəsinin təsisçisi vəfat edib

Almaniyalı milyarder və sahibkar, məşhur "New Yorker" geyim mağazalar şəbəkəsinin təsisçisi və rəhbəri Fridrix Knapp (Friedrich Knapp) 73 yaşında vəfat edib. 

Valyuta.az xəbər verir ki, bu barədə "Tagesschau" portalı məlumat yayıb.

Şirkətin idarəedici direktorları Helen Ştayner (Helene Steiner) və Yonas Qnauk (Jonas Gnauk) qeyd ediblər ki, Knapp öz cəsarətli və uzaqgörən addımları ilə "New Yorker"i "dünyanın aparıcı moda şirkətlərindən birinə" çevirib.

Məlumata görə, sahibkar Zült adasında dünyasını dəyişib. O, uzunmüddətli müalicədən sonra keçən həftə İsveçrədən adaya gəlib. Knapp təxminən bir il əvvəl ağır xəstələnmişdi.

Rəhim

Chosen
42
valyuta.az

1Sources