EN

Bir neçə legioneri göndərmək lazımdır

Daha xam xəyallara ümid etməyin adı yoxdur.

Sumqayıtlı azarkeşlər verdiyim bu proqnoza görə məndən inciməz yəqin: bu mövsüm onların doğma şəhərlərinin komandası avrokuboklara vəsiqə qazana bimiəyəcək.

Vaqif Cavadov daha tez gəlsəydi görəvə, yenə nəyəsə ümid etmək olardı. Gecdir ta!

«Sumqayıt» indi nəticəyə oynamır. Nəyə gücü çatır, ona oynayır. Samir Abasovun gedişindən sonra 2 qələbə qazanıblar, eyni sayda da məğlubiyyət alıblar.

«Səbail»i Bayılda, «Sabah»ı Sumqayıtda udublar. Mərdəkanda «Araz-Naxçıvan»a yenilsələr də, mən bu qarşılaşmanı o iki matçdan üstün tutardım.

Nə olsun, məğlubiyyətlə üzləşdilər - bu, tablodur. «Sumqayıt» bu oyunda qalibiyyət naminə xeyli tər axıtdı.

Yaratdıqları qol vəziyyətlərinı da saymaq gərəkdir. İki-üç epizoda girməklə kifayətlənmədilər, hətta hesabda geri düşəndən sonra da hücum sevdasından əl çəkmədilər, «Araz»a təhlükə yaşatdılar.

Vaqif Cavadov oyun baxımından çatışmazlıqları nisbətən həll edib.

Sadəcə, bu, Samir Abasovun komandasıdır, gözlə görünən və görünməyən problemləri təkbaşına yoluna qoyması yalnız onun imkanı xaricindədir.

Tək qalmamalıdır, dəstək almamalıdır. Keçmiş baş məşqçinin «ələk»dən keçirmədən müqavilə imzalatdığı legionerlərlə «Sumqayıt» qarlı dağlar fəth edə bilməz.

Bir neçəsini qış fasiləsini gözləmədən göndərmək zəruridir.

MUSA

Chosen
40
sportinfo.az

1Sources