EN

Bu gün sizi nə gözləyir? - BÜRCLƏR

Qoç - ciddi müzakirə və önəmli insanla görüş üçün əlverişli zaman deyil. Zərurət yarandığınız düşünsəniz belə, kimsəni nəyəsə inandırmağa çalışmayın. Münaqişəli situasiyalar yaratmayın. Mübahisələrə qatılmayın.

Buğa - inadkar və qətiyyətli olun. Günün mənfi təsirlərini azaltmağa yönəlmiş addımlar atın. İşgüzar tərəfdaşlarla təmaslarda kompromis variant arayın. Mühüm qərarların qəbulunu daha münasib zamana qədər ertələyin.

Əkizlər - taleyüklü, çox önəmli məsələlərlə bağlı qərar verəndə əsla tələsməyin. Çoxsaylı auditoriyanın qarşısında olanda özünüzü itirməyin. Peşəkar fəaliyyət sahəsində ən yaxşı məziyyətlərinizi nümayiş etdirin. Karyeranızda irəliləyişlər ola bilər.

Xərçəng - passivlik, süstlük işlərə əngəllər yarada bilər. Qüvvələrinizi bərabər, dürüst paylaşdırın. Genişmiqyaslı işə, mürəkkəb layihəyə başlamayın. Uzunmüddətli səfəri təxirə salın. Həllini gözləyən problemi çözün.

Şir - ailə üzvlərinin problemlərini həll etmək, yaxınlarınız və dostlarınızla münasibətləri normallaşdırmaq üçün əlverişli zamandır. Tərəfdaşınızla əlaqələri bərpa edin. Müttəfiqlərlə şübhə ilə davranmayın. Əlaqələri intensivləşdirin.

Qız - münaqişəli vəziyyəti və mübahisəni sərt qərarla çözməyə çalışmayın. Yaxın ətrafınızdakı insanlarla münasibətlərdə soyuqqanlı və təmkinli olmalısınız. İşdə rəhbərliklə danışığı və ya şikayəti təxirə salın.

Tərəzi - hadisələrin axarında olun, nələrin baş verdiyini diqqətlə müşahidə edin. Gün ərzində kiçik, amma önəmli işlər görülməlidir. Elektrik əşyası sıradan çıxa bilər. İşdə kobud səhvlərə yol verməyin.

Əqrəb - günün yaratdığı problemlərin öhdəsindən gəlmək üçün sadə, ənənəvi metodlar işlək deyil. Çoxgedişli strategiya düşünün. Sonucda problemləri həll etməklə yanaşı, özünüz barədə xeyli yeni məqamlar öyrənə bilərsiniz.

Oxatan - sakit olun, təmkinli davranın. Gün ərzində stressli situasiyalar yaranacaq. Maliyyə problemləri yaransa da, yaxınlarınızın yardımlarına çox güvənməyin.

Oğlaq - tərəfdaşlar və şəriklərlə münasibətləri aydınlaşdıranda ifrata varmayın. Emosiyalarınıza ciddi nəzarət edin. Dəyər verdiyiniz insanların qəlbini qırmayın. Qıcıqlı olsanız da, irad və tənqidlərə sərt cavab verməyin.

Dolça - yaşam şərait sizin üçün əlverişlidir. Fəqət, hadisələri tələsdirməyin. Maliyyə məsələlərindən savayı bütün sahələrdə irələləyiş mümkündür. Səyahət və ya ezamiyyət planlaşdırmayın. Qərarlarınızla əməllərinizi təhlil edin. Belədə yaxın gələcəkdə yeni səhvlərin qarşısını ala bilərsiniz.

Balıqlar - adi günlərdən fərqli olaraq bu gün irəliləyiş imkanları az deyil. Danışıqlar aparmaq, görüş keçirmək olar. Ən yaxşı məziyyətlərinizi nümayiş etdirin. Alış-veriş, nəqliyyat vasitəsi və ya bahalı nəsnə almaq üçün əlverişli zamandır.

Milli.Az

Chosen
62
mia.az

1Sources