EN

Ağdam sakinlərinə xoş xəbər: Qısa vaxtda...

Ağdam rayonu ilk köçə hazırlaşır.

Axar.az Milli.az-a istinadən xəbər verir ki, Ağdamın Kəngərli, Sarıcalı, Xıdırlı, Baş Qərvənddə evlərin tikintisi davam edir. Kəngərlidə 292, Sarıcalıda 203, Xıdırlıda isə 719 fərdi evin tikintisi aparılır. Qısa zamanda öz sakinlərini qəbul etməyə hazırlaşan ağdamlıların yol, su, kanalizasiya sistemlərinin infrastrukturu yenidən əsaslı şəkildə qurulur.

Həmçinin, evlərin tikilməsi təbii materiallardan istifadə edilərək və evlər ağıllı texnologiyalar vasitəsi ilə idarə olunması həyata keçiriləcək. Bütün layihələrin ən qısa zamanda həyata keçirilməsi üçün dövlət tərəfindən lazımi maliyyə və dəstək ayrılıb.

Ağdam və Füzuli rayonunda ağıllı kənd salınacaq. Bu kəndlər Ağdamın Baş Qərvənd və Füzulinin Dövlətyarlı kəndlərində həyata keçiriləcək. Ağıllı kəndlərdə günəş panellərindən istifadə ediləcək.

Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərdə hazırda 30 mindən çox insan məskunlaşıb. Onlardan 10 mini öz doğma yurdundan didərgin düşən keçmiş məcburi köçkünlərdir, 20 mindən çoxu isə həmin ərazilərin tikintisində və ərazidə olan restoran, mağaza işində çalışan insanlardır.

Chosen
33
9
axar.az

10Sources