EN

Qadınlar niyə “kişi peşələri"nə sahiblənirlər..?

...Qadınlar ənənəvi olaraq daha çox “kişi peşəsi” sayılan peşələri seçməyə başlayıblar.

SİA bu barədə ekspert rəylərinə istinad edir.

Deməli, burada əsas səbəb kimi, daha çox əmək haqqının yüksək səviyyədə olması göstərilir.

Bundan əlavə, işsizliyin rekord səviyyədə olması səbəbindən kadr çatışmazlığı müşahidə edilir və buna görə də qadınlar əvvəllər kişilər tərəfindən tutulan vəzifələrə dəvət olunmağa başlayıblar.

Maraq üçün bildirək ki, bu gün Rusiyada qadınlar üçün rəsmi olaraq qadağan edilmiş peşələr yoxdur

Amma, bəzi sektorlarda, məsələn, ağır sənayedə, işin fiziki tələblərinə əsaslanan məhdudiyyətlər var. Onlar təhlükəsizlik məqsədləri üçün və gender rolları haqqında ənənəvi fikirlərə uyğun olaraq təqdim edilir.

Bunun nəticəsidir ki, ekspert deyir ki, son illər avtomərkəzlərdə, emalatxanalarda çalışan qadınların sayı çox olub.

Statistikaya görə, onların əksəriyyəti bura başqa sahələrdən, məsələn, gözəllik sənayesindən və ya satışdan gəlirlər. Həmçinin bu gün qadınlar dizayner və memar peşələrini seçir, tikinti layihələrinin idarə olunmasında iştirak edirlər.

Yeri gəlmişkən, bir vaxtlar əgər jurnalistika kişi peşəsi hesab edilirdisə, indi bu sahədə zərif cinsin nümayəndələri üstünlük təşkil edirlər.

...2021-ci ildə qadağan olunmuş peşələrin siyahısı azaldıqdan sonra qadınlar üçün paraşütçü, avtomexanik, yük maşını sürücüsü, traktorçu, matros, yük maşını maşinisti, elektrik qatarının maşinisti kimi peşələr açılıb, amma...

...Ekspertlər hesab edir ki, əmək bazarında gender stereotiplərinin əhəmiyyətli dərəcədə yumşaldılmasına baxmayaraq, bəzi peşələrdə kişi və qadınlar üçün müəyyən maneələri saxlanılır.

Əslində bupeşə məhdudiyyətləri təkcə qanunla bağlı deyil, həm də ictimai qavrayış və mədəni münasibətlə bağlıdır.

...Bu sərhədlərin nə dərəcədə bulanıq qalacağını zaman göstərəcək və biz cəmiyyət olaraq daha bərabər əmək bazarına gələ biləcəyik, burada hər kəs cinsinə görə deyil, öz maraqlarına və bacarıqlarına görə peşə seçə bilcək..?

...Deyim ki, bu da ekspert ehtimalıdır...

Əli Babayev

Chosen
32
sia.az

1Sources