EN

Oyun zamanı millinin məşqçisi huşunu itirdi

style='margin-bottom:10px;'>

UEFA Millətlər Liqasının Niderland - Macarıstan matçında 10 dəqiqəlik fasilə yaranıb.

QOL.az xəbər verir ki, buna səbəb qonaq komandanın məşqçilərindən birinin halının pisləşməsi olub.

Millinin sabiq üzvü Adam Salai huşunu itirib. Həkimlərin ilkin müdaxiləsindən sonra veteran futbolçu xəstəxanaya çatdırılıb.Onun vəziyyətinin sabit olduğu bildirilib.

Qeyd edək ki, oyun Niderland millisinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Chosen
89
1
teleqraf.com

1Sources