EN

Xarici media bizim futbolçu və milli haqda: “Bu, son şansdır"

Polşa mətbuatı “Radomiak”ın müdafiəçisi Rahil Məmmədovdan yazıb.

Sportinfo.az “cozadzien.pl” portalına istinadən xəbər verir ki, yerli həmkarlarımız Fernandu Santşun Azərbaycan yığmasında fəaliyyətinə də toxunub:

"Rahil Məmmədov millinin Millətlər Liqasının C divizionunda qalmasına kömək etməyə çalışacaq. “Radomiak”ın mərkəz müdafiəçisi komandasının əsas oyunçularından sayılır.

Hazırda Rahil Millətlər Liqasının üç oyununda iştirak edib, hər birində ilk dəqiqədən son dəqiqəyə kimi çıxış edib.

Son vaxtlar “Ekstraklassa”da əla formada olsa da, beynəlxalq arenada hər şey başqa cürdür. Bu ilin son oyunları C divizionunda qalmaq üçün son şansdır".

Chosen
54
sportinfo.az

1Sources