EN

Vüsalə onun xəyanətini belə tutubmuş - Video

"Bu 17-18 yaşımda olub. Heç vaxt onun haqda danışmıram. O da öz çevrəsində tanınan biridir. Amma həmin vaxt sənət adamı deyildir. Sadəcə unviersiteti bitirmişdi, teatr, film sahəsində rejissor kimi çalışırdı. Onunla bir layihədə görüşdük. Mən də həmin çəkilişdə idim. Universitetdə tanış olmuşduq. Söhbət, tanışlıq oldu. Ev telefonu ilə danışırdıq, işlər, planlar qururduq. Sonra iş söhbəti doğmalığa çevrildi. Ailəni və ailəsini tanıyırsan. Gənc qızın fikri, arzuları nə olar? Düşünürsən ki, qarşına yaxşı adam çıxdı, ailə qurmaq. Ciddi münasibət yarandı".

Bu sözləri aparıcı Vüsalə Əlizadə "Onun sirri" verilişində deyib. Vüsalə adını gizli saxladığı bir məşhur rejissorla eşq yaşamasından danışıb. O bildirib ki, ayrılığa səbəb xəyanət olub:

"Sonra səhhətimdə problem yarandı. hamı bilir ki, böyrəklərim işləmədi, acılı bir tale yaşadım həmin ərəfədə. Xəstəxanada tibb bacıları da bilirdi, hamı deyirdi yaraşırsız, kaş alınsın. 5 ay xəstəxanada qalmışam, evə belə getmirdim. Sonra İrana müalicəyə getdim. Təsəlli verirdi ki, yaxşı olacaq. Zəng edirdi, hərdən danışırdıq. 

3 ay sonra Bakıya qayıtdım və ona zəng etdim. Açır telefonu "alo" deyir. Adını deyirəm, soruşuram "Necəsən?". Başqa bir qızın adını dedi ki, filankəs sənsən? Heç nəd emədən telefonu bağladım. Elnur Məmmədovun oxuduğu "Özünü mənim üçün dəfn etdin" mahnısı var. Həmin şeiri həmin gecə yazdım və hər şey mənim üçün bitdi. 3 ay ərzində 2-3 dəfə danışmışdıq. Şərait yox idi danışmağa".

Rejissorun adını açıqlamaq istəməyən aparıcı "Sonra evləndiyini eşitdim. Ona həmin hadisəni danışdım, başladı ki, zəng gözləyirdim. Səsi tanımadım, uşaqlıq etmisən. Səhv anlamısan... Dəfələrlə tədbirlərdə qarşılaşmışıq, amma bunun üstünə gəlmədik. İndi ondan xəbərim yoxdur. İstəmərəm kiməsə problem olsun" sözlərini əlavə edib. / Axşam.az 

Chosen
3204
show.az

1Sources