EN

Dağlıq ərazilərdə havanın temperaturu qlobal orta göstəricidən daha sürətlə yüksəlir - ICIMOD

Dağlıq bölgələrdə havanın temperaturu qlobal orta göstəricidən daha sürətlə yüksəlir.

Trend xəbər verir ki, bu barədə Dağlıq Ərazilərinin Kompleks Öyrənilməsi üzrə Beynəlxalq Mərkəzinin (ICIMOD) strategiya qrupunun rəhbəri Devid Potter Parlamentlərarası İttifaqın (PAİ) və Azərbaycan Respublikasının Milli Məclisinin birgə təşkilatçılığı ilə keçirilən COP29 Parlament Görüşü çərçivəsində "İqlim həssaslığının aradan qaldırılması: iqlim fəaliyyətinə hərtərəfli və ədalətli yanaşmanın təşviqi" sessiyasında deyib.

"Hindukuş Himalay iqlim dəyişikliyindən dünyanın qalan hissəsindən daha sürətli və daha ciddi şəkildə təsirlənən bir bölgədir. Çünki iqlim dəyişikliyi ilə əlaqədar istiləşmə hündürlükdən asılıdır. Yüksək hündürlüklərdə temperatur daha sürətli yüksəlir. Hindukuş Himalay dağlarında isə temperatur qlobal orta səviyyədən iki dəfə sürətlə yüksəlir. Bunun regiona ciddi təsiri var. 2 milyarddan çox insanı içməli su ilə təmin edən buzlaqların əriməsi regionda su qıtlığına səbəb olur", - deyə o bildirib.

 

Onun sözlərinə görə, eyni zamanda, daşqınların və sürüşmələrin tezliyi artaraq bütün bölgədə dağıntılara və təsirlərə səbəb olur:

"Amma bu, təkcə iqlim dəyişikliyi ilə bağlı deyil. Dağlıq ərazilərdə yaşayan insanlarını marginallaşmış və həssas vəziyyətə salan dağlara xas amillər də var. Məsələn, dağlıq ərazilərdə kənd təsərrüfatı istehsalının orta səviyyəsi aşağıdır. Bazarlar çox vaxt uzaq məsafələrdə yerləşir və insanların məhsullarını çatdırmaq və satmaq üçün daha çox vaxta ehtiyacı var".

Chosen
40
1
day.az

8Sources