EN

O “Kainat gözəli 2024” oldu

Danimarkalı Viktoriya Kjaer Theilvig “Kainat gözəli 2024” müsabiqəsinin qalibi olub.

OLAY yazır ki, 125 ölkədən model qızlar nüfuzlu titul və 18 karatlıq qızılla örtülmüş “Sonsuzluğun İşığı” tacı uğrunda mübarizə aparıblar.

Nəticədə münsiflər heyəti qələbəni Danimarkalı 21 yaşlı model Viktoriya Kjaer Theilviqə verib.

O, 2016-cı ildən bu yana müsabiqədə qalib gələn ilk avropalı, 2013-cü ildən isə tac sahibi olan ilk sarışın oldu. 

Victoria Kjaer Theilvig Danimarka çempionu rəqqasdır və biznes və marketinq üzrə magistr dərəcəsinə malikdir. Tələbəlik illərində qız könüllülükdə fəal iştirak edirdi - xeyriyyə layihələrini və gənclərin hüquqlarını təbliğ edir. 

Hal-hazırda zərgərlik sənayesində işləyir və hüquq təhsili almaq üçün Harvarda getmək arzusundadır. 

Yarışmada birinci “vitse-miss” titulunu nigeriyalı Çidimma Adetşina, ikinci meksikalı Maria Fernanda Beltrana, üçüncü tailandlı Suçata Çuanqsriyə, dördüncü isə venesuelalı İleana Markesə layiq görülüb.

Chosen
51
50
olay.az

10Sources