EN

ResPlatforma bayram günü Post-Qarabağ Gündəliyinə diqqət çəkdi

III Respublika Platforması (ResPlatforma) Dirçəliş Günü ilə əlaqədar Bəyanat yayıb. 

Bəyanatda Azərbaycan millətinin Dirçəliş Günü təbrik edilir. Həmçinin Bəyanatda 17 noyabr prosesinin Dağlıq Qarabağ üzərində Azərbaycanın suverenliyinin təmin edilməsi tələbi ilə başlayan mitinqlərin müstəqillik hərəkatının başlanğıcı olması və 17 noyabr prosesinin müstəqilliyin əldə edilərək II Respublikanın qurulması ilə nəticələndiyi qeyd edilir. Bu minvalla ResPlatforma müstəqillik və Qarabağ davası uğrunda fədakarlıq göstərən vətəndaşlarımızı, o cümlədən şəhid və qazilərimizi dərin minnətdarlıq hissi ilə yad edir.

ResPlatforma ölkənin müstəqillik və Qarabağ problemlərinin həll edilməsinə baxmayaraq, təməl məsələlərinin həll edilməmiş qaldığını, eləcə də Qarabağ mövzusunun siyasi manipulyasiya aləti kimi sui-istifadəsinin dayandırılmasının vacibliyini vurğulayaraq və Platformanın Quruluş Bəyanı vasitəsilə irəli sürdüyü Post-Qarabağ Gündəliyinin Azərbaycan siyasətinin fokus nöqtəsinə çevrilməsinin vacibliyini xatırladaraq, mütərəqqi vətəndaşları iştirakçılıq prinsipləri əsasında birgə əməkdaşlığa çağırır.

ResPlatforma 07 dekabr 2023-cü ildə desentralizasiyaçı demokratiya və hüququn aliliyi ideyaları ətrafında birləşən siyasətçilər tərəfindən təsis edilmiş və iştirakçılığı təşviq etməyi hədəf götürən siyasi hərəkatdır.

Hərəkatın spikeri və qurucu heyətinin üzvü - Akiv Qurbanov və Ruslan İzzətli "Toplum TV  işi üzrə» həbsdədirlər. Hüquq müdafiəçiləri onları siyasi məhbus kimi tanıyıb.

 

 

Chosen
49
turan.az

1Sources