EN

Erməni səfir ifşa etdi: Fransanı Bricit idarə edir?

Fransanın birinci xanımı Bricit Makron diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar Ermənistan səfiri Hasmik Tolmacyanı qəbul edib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Ermənistanın Fransadakı səfirliyi məlumat yayıb.

Bildirilib ki, görüş zamanı tərəflər Cənubi Qafqazdakı vəziyyət və proseslərlə bağlı fikir mübadiləsi aparıblar.

Tolmacyan xanım Makrona Ermənistana təsir edən humanitar məsələlərə marağına və Ermənistanla Fransa arasında xüsusi münasibətlərə sadiqliyinə görə təşəkkür edib. Bricit Makron da öz növbəsində Ermənistana və erməni xaqına həmrəyliyini və mehriban münasibətini bir daha təsdiqləyib.

Qeyd edək ki, səfirin diplomatik fəaliyyəti başa çatarkən adətən onu ya çalışdığı ölkənin XİN başçısı, ya da prezidenti qəbul edir. Tolmacyanı diplomatik fəaliyyətinin başa çatması ilə bağlı rəsmi olaraq heç bir vəzifə daşımayan Bricit Makronun qəbul etməsi isə onun faktiki olaraq əri ilə birgə prezidentlik etdiyi təsəvvürünü yaradır.

Milli.Az

Chosen
26
2
milli.az

3Sources