Türkiyənin Milli İstihbarat Təşkilatı ilə İstanbul Vilayət Polis İdarəsinin təşkil etdiyi birgə əməliyyat nəticəsində PKK/KCK terror təşkilatının Portuqaliya strukturunda fəal iştirak edən Serdar Tunagür yaxalanıb.
“İki sahil”in “TRT Haber”ə istinadən xəbər verir ki, təhlükəsizlik mənbələrindən alınan məlumata görə, keçmişdə PKK/KCK adına fəal olduğu təsbit edilən Tunagürün Portuqaliyada təşkilat adına həyata keçirilən aksiya və tədbirlərdə fəal iştirak etdiyi məlum olub.
İstanbulda olduğu müəyyən edilən PKK/KCK üzvü Tunagür əməliyyatla saxlanılıb. O, məhkəmənin qərarı ilə həbs edilib.
Məhərrəm Ağalaroğlu, “İki sahil”