EN

RUSİYA ORDUSU UKRAYNAYA KÜTLƏVİ HÜCUM EDİB

Bu gün səhər saatlarından başlayaraq Rusiya Ukraynaya 120 raket və 90 dron buraxıb.

Tezadlar.az "Ukrainskaya pravda"ya istinadla xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski "X" səhifəsində bildirib. Sitat: "Ukraynanın bütün bölgələrinə kombinasiya edilmiş kütləvi zərbə endirilib. Bu gecə və səhər saatlarında Rusiya terrorçuları müxtəlif tipli, xüsusən də “Şahid” tipli dronlardan istifadə ediblər. Qanadlı, ballistik və aeroballistik raketlər: sirkonlar, “İskəndər”lər, “Kinjal”lar. Ümumilikdə, təxminən 120 raket və 90 dron”.

Zelenski hava hücumundan müdafiə qüvvələrinin “140-dan çox hava hədəfini məhv etdiyini” vurğulayıb. O, hədəfin Ukraynanın enerji infrastrukturu olduğuna diqqət çəkib: “Təəssüf ki, zərbələrdən və qalıqların düşməsindən obyektlərə ziyan dəyib”.

Zelenski Mıkolaevdə dron hücumu nəticəsində iki nəfərin öldüyünü, daha altı nəfərin, o cümlədən iki uşağın yaralandığını açıqlayıb. "Hazırda işıqsız qalan ərazilərimiz var”, – deyə o diqqətə çatdırıb. Zelenski hava hücumunun dəf edilməsi zamanı Qərbin ötürdüyü F-16 qırıcılarının da iş başında olduğunu bildirib.

Ukrayna mediası isə Ukrayna ordusunun Rusiya ordusunun bu raket hücumuna ciddi cavab verməyə hazırlaşır.

A.Məmmədli

Chosen
16
25
tezadlar.az

10Sources