EN

“Mançester Yunayted” yeni məşqçilər qərargahını açıqladı

“Mançester Yunayted” yeni baş məşqçi Ruben Amorimin rəhbərliyi altında çalışacaq məşqçilər qərargahının üzvlərini bəyan edib.

Arena.az məlumat verir ki, portuqal mütəxəssisin məşqçilər qərargahına Amorimin Lissabon “Sportinq”ində birlikdə çalışdığı 5 mütəxəssis daxildir.

Ruben Amorimin yeni köməkçi məşqçisi 29 yaşlı Karlos Fernandes olacaq. Fernandaes elə bu vəzifədə “Sportinq”də Amorimlə birgə çalışıb.

Qapıçılar üzrə məşqçi Xorxe Vital, əsas komandanın məşqçisi isə Adelio Kandidodur.

Birinci komandanın məşqçisi Emanuel Ferrodur. Ferro “Benfika”da Amorimi çalışdırıb.

Fiziki hazırlıq üzrə məşqçi Paulo Barreyra, əvvəllər “Arsenal” və “Liverpul”da çalışıb.

Həmçinin əsas komandanın məşqçiləri Darren Fletçer və Andreas Georqson, eləcə də qapıçılar üzrə köməkçi məşqçi Kreyq Mauson öz vəzifələrində qalıblar.

Əlavə edək ki, niderlandlı mütəxəssis Erik ten Haqın istefaya göndərilməsi ilə, Amorimə qədər qısa müddətlə “qırımızı şeytanlar”ı müvvəqqəti baş məşqçi olaraq çalışdırmış niderlandlı mütəxəssis, Ten Haqın köməkçisi Rud van Nistelroyun komandadan ayırlması ilə pərişan olduğu haqda məlumat yayılıb. Van Nistelroy hətta köməkçi məşqçi olaraq klubda qalmaq istəyini daha əvvəl bəyan etsə də, Ruben Amorim niderlandlı mütəxəssisin xidmətini ehtiyac duymadığını bildirmişdi. Rud van Nistelroyun budan xəyal qırıqlığına uğradığı və pərişan olduğu vurğulanır.

Xatırladaq ki, Amorim noyabrın 11-dən rəsmən “qırmızı şeytanlar”ın sükanı arxasındadır.

“Mançester Yunayted”in noyabrın 24-də İngiltərə Premyer Liqasının 12-ci turunda “İpsviç”lə səfərdə qarşılaşacağı oyun, Ruben Amorim üçün “qırmızı şeytanlar”ın baş məşqçisi vəzifəsində debüt olacaq.
11 turdan sonra “Mançester Yunayted” Premyer Liqanın yarış cədvəlində 15 xalla 13-cü pillədə qərarlaşıb.

Chosen
30
arena.az

1Sources