EN

İspaniya yığmasının düşərgəsini üç futbolçu tərk etdi

UEFA Millətlər Liqasının 5-ci turunda Danimarka yığması ilə səfər oyunundan sonra üç futbolçusu İspaniya yığmasının düşərgəsini tərk edib.

Arena.az xatırladır ki, İspaniya yığması bu oyunda 2:1 hesablı qələbə qazansa da, iki futbolçusunu zədə, bir futbolçusunu isə sarı vərəqələr üzrə məhdudiyyət həddini aşdığı üçün itirib.

İspaniya Kral Futbol Federasiyasının (RFEF) mətbuat xidmətinin təsdiqlədiyi məlumata görə, “Real” Sosyedad”ın dayaq yarımmüdafiəçisi Martin Subimendi və “Vilyarreal”ın sol cinah hücumçusu Aleks Baena zədələniblər. Hər iki futbolçunun əzələ narahatlığı olduğu bildirilir. Baena topuğunda, Subimendi isə ombasında fəsad yaşayır.

“Real Sosyedad”ın mərkəz hücumçusu Mikel Oyarsabal isə sarı vərəqlər üzrə məhdudiyyət sayını aşıb.

Hər üç futbolçu “qırmızı qəzəb”in düşərgəsini tərk edib.

Beləliklə, İspaniya yığması UEFA Millətlər Liqasının 6-cı turu çərçivəsində noyabrın 18-də evdə qarşılaşacağı İsveçrə yığmasına qarşı oyuna itkilərlə çıxmalı olacaq.

Buna rəğmən, Madrid “Atletiko”sunun mərkəz yarımmüdafiəçisi Pablo Barrios yarımmüdafiəçi mövqeyini doldurmaq üçün gənclər komandasından İspaniya yığmasının Tenerifedəki düşərgəsinə çağırılıb. İtkiləri nəzərə alsaq, Pablo Barriosun İsveçrə yığması ilə oyunda debüt etmək fürsəti var.

5 turdan sonra 13 xal toplamış İspaniya yığması UEFA Millətlər Liqasının A Liqasının 4-cü qrupunda zirvədə qərarlaşıb. “Qırmızı qəzəb” dördlər finalına vəsiqəsini təmin edib.

Chosen
25
arena.az

1Sources