EN

Baş nazirin iqamətgahına məşəllər atılıb

Baş

İsrailin baş nazirinin Qeysəriyyədə yerləşən iqamətgahı ərazisinə alov məşəlləri atılıb. Polis üç şübhəlini şəxsi saxlayıb.

Reyting.az
bildirir ki, xəbəri "Times of Israel" nəşri yayıb.

Gözlənilməz hadisə noyabrın 17-nə keçən gecə baş verib.

Məlumata görə, iqamətgahın ərazisinə uzaq məsafədən iki məşəl atılıb.

Hadisə baş verən zaman Netanyahu, həmçinin onun ailə üzvləri binada olmayıblar.

İsrail polisi və daxili təhlükəsizlik xidməti Şin Bet birgə bəyanat yaymaqla hadisəni "təhlükəli eskalasiya" adlandırıblar.

İsraildə hazırda hakimiyyətdə olan siyasi qüvvələr, həmçinin indiki iqtidara sərt mövqe sərgiləyən müxalifətin təmsilçiləri hadisəni pisləyiblər. Onlar bu işlə bağlı İsrail xüsusi xidmət orqanlarını hərtərəfli araşdırma aparmağa çağırıblar.

Bu hadisə ilə bağlı artıq üç şübhəlinin həbs edildiyi bildirilir.

Onu da qeyd edək ki, bu, bir ay ərzində Netanyahunun iqamətgahına ikinci hücum cəhdidir.

Xatırladaq ki, oktyabr ayının 19-da İsrail baş nazirinin Qeysəriyyədəki iqamətgahı Livandan buraxılmış pilotsuz təyyarənin hücumuna məruz qalmışdı. Lakin həmin gün də B. Netanyahu ailə üzvləri ilə birlikdə başqa məkanda olmuşdular.

Oqtay QORÇU
Chosen
41
reyting.az

1Sources