EN

COP29-dakı qərarlar dünyaya güclü mesaj olmalıdır - Çunqonq

Parlament görüşündə apardığımız müzakirələr zamanı təcili hərəkətə keçməyin vacib olduğunu vurğuladıq. COP29-un sonunda üzv dövlətlərin iqlim dəyişikliyi böhranının qarşısını almaq üçün təcili tədbirlər görməsi barədə qətnamələrin qəbulunu görmək istəyirik.

Axar.az xəbər verir ki, bunu Azərtac-a açıqlamasında Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonq deyib.

Baş katibin sözlərinə görə, iqlim fəaliyyətinə sərf olunan resursları artırmaq xüsusilə vacibdir.

“Biz COP29-un ədalətli və bərabər iqlim fəaliyyətini təşviq etməkdə qətiyyətli olmasını arzu edirik. İqlim dəyişikliyi ilə mübarizə yolunda irəlilədikcə cəmiyyətdəki bütün insanların və icmaların maraqlarını təmin etmək üçün birlikdə çalışmaq lazımdır. COP29-dan əldə olunan qərarları bütün dünyaya verilən güclü mesaj kimi görmək istəyirəm. İqlim fəaliyyəti üçün inkişaf etmiş icmalar dünyanın həssas icmalarının ehtiyacı olduğu maliyyəni artırmalıdır. Bu mübarizədə həmrəylik nümayişi çox önəmlidir. COP-un da şüarı məhz yaşıl dünya ilə həmrəylikdir”,- deyə o, əlavə edib.

Chosen
65
11
axar.az

10Sources