EN

Dəhşətli OLAY: Sosial media fenomeni canlı yayımda həmkarını güllələdi – FOTO

Türkiyədə Cansum Şener və Çağlayan Yıldırım adlı sosial media fenomenləri arasında dava düşüb.

Editor.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.

Dava zamanı Şener həmkarı Yıldırımı tapança ilə vuraraq yaralayıb. Hadisə anını canlı yayımda paylaşan Çağlayan Yıldırım müalicə üçün xəstəxanaya aparılıb.

İnsident Ankaranın Sincan rayonunda baş verib. Aralarında düşmənçilik olduğu öyrənilən qadınlar paylaşdıqları məkanda görüşüblər. Tərəflər arasında yaranan mübahisə zamanı Cansum Şener Çağlayan Yıldırımı tapança ilə ayağından vuraraq yaralayıb.

Şener sevgilisi ilə hadisə yerindən qaçıb, lakin qısa müddətdə tutularaq saxlanılıb. Şenerin 80 cinayət qeydinin olduğu və hadisədə istifadə edilən sənədsiz silahın da ələ keçirildiyi öyrənilib. İstintaq davam edir.

Chosen
154
13
editor.az

10Sources