EN

Avropa İnvestisiya Bankı Ermənistana 300 milyon avrodan çox kredit verəcək

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Avropa İnvestisiya Bankının qlobal bölməsi (EIB Global) Ermənistanla 300 milyon avrodan artıq məbləğdə kredit müqaviləsi imzalayıb.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Ermənistan İqtisadiyyat Nazirliyi məlumat yayıb.
"EIB Global" Şimal-Cənub nəqliyyat dəhlizinin seqmenti olan yolun tikintisini birgə maliyyələşdirmək üçün Ermənistanla 236 milyon avroluq kredit sazişi imzalayıb", - məlumatda qeyd olunub.
Eyni zamanda Avropa İttifaqı Ermənistana 10 milyon avroluq qrant verəcək və bu, enerji səmərəliliyinin artırılmasına və İrəvanda klinaka və uşaq bağçalarının təmirinə yönəlmiş 25 milyon avroluq EIB kreditini tamamlayacaq.
Qeyd olunur ki, bundan əlavə, EIB ölkədə mikro, kiçik və orta sahibkarlıq subyektlərinin kreditləşdirilməsini genişləndirmək üçün üç Ermənistan bankına 58.5 milyon avro kredit verəcək.
Chosen
35
33
oxu.az

10Sources