EN

Məşhur müğənni Rusiyaya qayıtmaqdan imtina edib 

Məşhur müğənni Kristina Orbakayte bu qış Rusiyaya qayıtmaqdan imtina edib.

Referans.az "Mash" kanalına istinadən xəbər verir ki, Orbakayte ölkə daxilində keçiriləcək Yeni il korporativlərindən imtina edərək anası Alla Puqaçovanın addımlarını təkrarlayıb.

Orbakaytenin qərarının səbəbləri arasında siyasi vəziyyət, konsertlərin ləğvi və vətəndə soyuq münasibət göstərilir.

Potensial sifarişçilər onunla əlaqə saxlayıblar, lakin müğənni uzun müddətdən sonra ilk dəfə olaraq təklifləri qəbul etməyib. O bildirib ki, xoşbəxtlik pulda deyil və o, hələ hazır deyil.

Qeyd edək ki, Orbakayte ən azı yanvar ayının sonuna qədər Kaliforniyada qalmağı planlaşdırır. ABŞ-də konsertlər keçirmək barədə əlavə məlumat verilməyib. Sonuncu dəfə 2024-cü ilin oktyabr ayında Orbakayte həmkarları Avram Russo və Filip Kirkorovla birlikdə Dubayda bir korporativ tədbirdə çıxış edib.

Mənbələrə görə, tədbir "Burj Khalifa" göydələninin yaxınlığında yerləşən bir restoranda keçirilib. Tədbirdə iştirak edən sənətçilərin adları isə gizli saxlanılıb.
Chosen
56
referans.az

1Sources