EN

Qatil Kolumbiyadan Rusiyaya deportasiya edilib

...Leninqrad vilayətində törədilən qətldə şübhəli bilinən rusiyalı Kolumbiyadan deportasiya edilib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk məlumat verib.

Onun sözlərinə görə, Boqota hava limanında yerli hakimiyyət Vadim Frolovu sonradan ekstradisiya üçün Rusiya polisinə təhvil verib.

Həmin şəxsin 2015-ci ildə Sankt-Peterburq yaxınlığında bir nəfəri öldürdüyü, bundan sonra saxta pasportdan istifadə edərək xaricə qaçdığı iddia edilir.

O, uzun müddət gizləndi, lakin rusiyalının yeri Rusiya Daxili İşlər Nazirliyinin Sankt-Peterburq və Leninqrad vilayəti üzrə Baş İdarəsinin materialları sayəsində müəyyən edilib.

Rusiya Federasiyasının Baş Prokurorluğu İnterpol xətti ilə beynəlxalq axtarış təşkil edib.

Nazlı Almuradova

Chosen
22
sia.az

1Sources