EN

Ermənistandakı ABŞ laboratoriyaları haqda sensasion iddialar

600 erməni əsgəri bu laboratoriyalarda niyə sınaqdan keçirilib?

“Son onilliklərdə biotəhlükəsizlik və xaricdən maliyyələşdirilən laboratoriyaların çoxalması ilə bağlı məsələlər ciddi beynəlxalq diqqət obyektinə çevrilib. Bu kontekstdə ABŞ tərəfindən maliyyələşdirilən laboratoriyalar  xüsusi maraq doğurur, bir çox ekspertlər və siyasətçilər onları bioloji risklərin potensial mənbələri hesab edirlər. Bunun fonunda Ermənistanda Amerika biolaboratoriyaları mövzusu xüsusilə aktuallaşıb”. Musavat.com xəbər verir ki, bu barədə yekramas.org saytı  yazıb.  

Məqalədə iddia olunur ki, Ermənistanın müdafiə naziri Suren Papikyanın Ermənistanda 13-cü laboratoriyanın açılması ilə bağlı Pentaqonla müqavilə imzalayıb.  Üstəlik, müxtəlif mənbələrə görə, bu laboratoriya Gümrüdə, 102-ci Rusiya hərbi bazasının yaxınlığında yerləşəcək. Ermənistanda fəaliyyət göstərən laboratoriyalardan daha biri artıq Gümrüdə, məktəbdən bir qədər aralıda yerləşir. “Bioloji laboratoriyaların necə adlandırılmasından asılı olmayaraq,  bir çox ekspertlər  Ermənistanda ən müxtəlif xəstəliklərin xüsusilə qızılcaya yoluxma hallarının  kəskin artması diqqət çəkir. Üstəlik, səhiyyə mütəxəssisləri qeyd edirlər ki, bu göstəricilərlə yanaşı, hətta mövsümi qrip  və ya mədə-bağırsaq xəstəlikləri də artıb.  Ekspertlər əhalinin məskunlaşdığı ərazilərdə müxtəlif eksperimentlərin aparılmasının mümkünlüyünü də istisna etmirlər” deyə, məqalədə bildirilir.

91204_large.jpg

 “Xalqın səsi” İctimai Klubunun nümayəndələri vəziyyəti öyrənərək belə qənaətə gəliblər ki, Ermənistan ictimaiyyətindən diqqətlə gizlədilən laboratoriyalar əhalinin sıx məskunlaşdığı yerlərdə, eləcə də uşaq bağçalarının və uşaq meydançalarının yaxınlığında yerləşir ki, bu da  qaydalarına  ziddir.  İctimai fəallar ABŞ-ın Ermənistandakı səfirliyinə bioloji laboratoriyaların fəaliyyəti ilə bağlı bir sıra yazılı suallar göndəriblər, lakin amerikalı diplomatlardan  qeyri-müəyyən cavablar alıblar.

91206_large.jpg

 Bioloji laboratoriyaların fəaliyyəti  və təşkili üzrə beynəlxalq ekspert Qriqor Qriqoryan pressunity.org saytına müsahibəsində qeyd edib ki,  Ermənistanda fəaliyyət göstərən tibbi-bioloji laboratoriyalar siyasi razılaşmanın məhsuludur  “İndi bütün səhiyyə sistemi ABŞ-ın bölgədəki biotibbi şəbəkəsinin vahididir. Üstəlik, rusiyalı həmkarlarımızın çoxsaylı bəyanatlarına baxmayaraq, Ermənistanda hökuməti bütün bu çağırışlara  məhəl qoymur.  Ermənistanın müdafiə naziri bu yaxınlarda Gümrüdəki 102-ci Rusiya hərbi bazasına yaxın ərazidə yerləşəcək 13-cü laboratoriyanın yaradılması haqqında saziş imzalayıb ki, bu da əslində birbaşa casusluqla məğşul olan obyekt olacaq. Ermənistanın hazırkı hakimiyyət orqanlarına elə gəlir ki, Rusiya və İran onun sərhədində tibbi və bioloji laboratoriyaların  qurulmasının əsl  məqsədini başa düşmür”, - Qriqoryan qeyd edib. Ekspert əmindir ki,  bu obyektlər üçün ABŞ yüz milyonlarla dollar havayı xərcləmir.   

“Konstitusiya Hüququ Birliyi” partiyasının sədri Hayk Babuxanyan jurnalistlərə daha senasion faktlar  açıqlayıb.    O deyib ki, Ermənistanda koronavirus pandemiya tüğyan edəndə Amerikanın bioloji laboratoriyalarında 600 erməni əsgəri sınaqdan keçirilib: “Niyə hərbi qulluqçular, niyə başqası  yox? Belə çıxır ki, Amerika laboratoriyalarında bioloji silahla məşğul olması barədə bəyanatlar təsadüfi deyil”.

Musavat.com

 

Chosen
41
2
musavat.com

3Sources