EN

Bayden ABŞ-nin uzaqmənzilli silahları ilə Rusiyaya zərbə endirməyə icazə verdi

ABŞ Prezidenti Cozef Bayden Birləşmiş Ştatların uzaqmənzilli silahları ilə Rusiya Federasiyasının ərazisinə zərbələr endirməyə icazə verib.

 

Bu barədə “The New York Times” mənbələrə istinadən məlumat yayıb.

 

Qeyd edilir ki, bu qərar Vaşinqtonda hakimiyyətin dəyişməsindən cəmi iki ay əvvəl qəbul edilib və ABŞ siyasətində ciddi dəyişiklik olub. ABŞ liderinin müşavirləri arasında bu addımla bağlı fikirlər parçalanıb.

 

Məlumata görə, raketlər ehtimal ki, Rusiya və Şimali Koreya hərbçilərinə qarşı, Ukrayna Silahlı Qüvvələrinin Kursk bölgəsində müdafiəsini təmin etmək üçün istifadə olunacaq.

 

Report

Tarix: 17 Noyabr 2024, 22:38   
Chosen
19
1
pravda.az

10Sources