"NMC Motors" və "Okean Avto 2011" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ barəsində gömrük qaydaları əleyhinə olan inzibati xəta protokolu tərtib edilib.
Valyuta.az-ın məlumatına görə, protokol hər iki şirkətə ayrı-ayrılıqda İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə iddası ilə irəli sürülüb.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə görə, Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə -vəzifəli şəxslər 1 000 manat məbləğində, hüquqi şəxslər 1 500 manat məbləğində cərimə edilir.
Hər iki işə ayrı-ayrılıqda Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsində baxılacaq.
Sabiq İsbəndərli