EN

Latviya əhalisinin sayı azalıb

Bakı. Trend:

Latviyada əhalinin sayı azalmaqda davam edir.

Trend xəbər verir ki, bubarədə Delfi.lv ölkənin Mərkəzi Statistika İdarəsinin məlumatlarınaistinadən bildirib.

"Bu il oktyabrın 1-ə olan məlumata görə, Latviyanın əhalisi1,857 milyon nəfər olub. Bu, 2024-cü il yanvarın 1-i ilə müqayisədə15,1 min nəfər azdır", - deyə statistika idarəsindənbildirilib.

Qurumun məlumatına görə, yanvar-sentyabr aylarında yenidoğulanların sayı azalmaqda davam edib, bu dövrdə 10 mindən azkörpə doğulub. Cəmi 9 716 doğuş olub ki, bu da 2023-cü ilin eynidövrü ilə müqayisədə 12,7% azdır.

Chosen
38
az.trend.az

1Sources