EN

Rusiya zənginləşdirilmiş uranın ABŞ-a ixracına müvəqqəti məhdudiyyətlər qoyub

Müəllif: Tamara Mustafayeva, Banco.az

Rusiya zənginləşdirilmiş uranın ABŞ-a ixracına müvəqqəti məhdudiyyətlər qoyub.

Banco.az xəbər verir ki, bu barədə Rusiya hökumətindən verilən yazılı açıqlamada deyilir.

Açıqlamada xatırladılıb ki, ABŞ Rusiyaya zənginləşdirilmiş uranın idxalına məhdudiyyətlər qoyub. Sözügedən addıma görə Rusiyanın da oxşar qərar verdiyi bildirilib. 

Açıqlamada Federal Texniki və İxrac Nəzarəti Xidməti tərəfindən verilən birdəfəlik lisenziyalar çərçivəsində ediləcək daşımalara isə icazə verildiyi qeyd edilib.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin sentyabrın 11-də verdiyi açıqlamasında Rusiyaya qarşı tətbiq edilən sanksiyalara cavab olaraq uran, titan və nikel kimi məhsulların xarici bazarlara çıxarılmasına müəyyən məhdudiyyətlər qoya biləcəklərini dilə gətirmişdi.

Ən sərfəli kredit üçün müraciət et

Chosen
45
1
banco.az

2Sources