EN

Rusiyadan gələn "Nazan" boğazda hərəkəti İFLİC ETDİ

Rusiyadan gələn “Nazan” tankeri Bosfor boğazı boyunca gəmilərin hərəkətini iflic edib.
 
Publika.az xəbər verir ki, bu barədə "Anka" agentliyi məlumat yayıb.
 
Türkiyə Sahil Mühafizə Təşkilatının məlumatına görə, boğazın Asiya tərəfindəki Kandilli bölgəsində 114 metrlik tankerin sükanı qırıldıqdan sonra hər iki istiqamətdə gəmi hərəkəti müvəqqəti olaraq dayandırılıb.
 
Gəmi Türkiyənin şimal-qərbindəki Kocaeli şəhərinə gedirmiş. Hadisə yerinə sahil mühafizəsinin “Kurtarma-7” və “Kurtarma-9” yedək gəmiləri göndərilib.
 
Boğazda gəmilərin hərəkəti mütəmadi olaraq dayandırılır. Belə ki, oktyabrın 28-də duman səbəbindən gəmilər ehtiyat tədbiri olaraq Bosfor boğazından keçməyi dayandırıb. Oktyabrın 12-də isə İsraildən Bolqarıstana gedən 106 metrlik "B Line" yük daşıyıcısı qəzaya uğradığı üçün hər iki istiqamətdə hərəkət müvəqqəti olaraq dayandırılıb .
Chosen
22
moderator.az

1Sources